iaşə
İctimai iaşədə rekord artım: Beş ildə bazar 2,2 dəfə necə böyüdü?
Azərbaycanda ictimai iaşə xidmətlərində son illərdə müşahidə edilən kəskin artım 2026-cı ildə də davam edir. Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarını əhatə edən ilk 8 ayda ictimai iaşə xidmətlərinin həcmi real müqayisədə, yəni inflyasiya nəzərə alınmadan, 8 faiz artaraq 2 milyard manatı ötüb. Yalnız avqustda ictimai iaşə xərcləri 312 milyon manat olub ki, bu da əvvəlki ilin eyni ayına nisbətən 13,4 faiz real artım deməkdir.
İqtisadiyyat18.09.2026 12:20

