Fövqəladə Hallar Nazirliyi
Bakıda FACİƏ: 2 nəfər dənizdə batdı
Bakıda 2 nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyindən Sfera.az -a bildirilib ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində, nəzarətsiz ərazidə qeydə alınıb. “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Hadisə19.09.2026 18:34
Güclü yağış və küləklə bağlı əhaliyə xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sfera.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, o cümlədən ayrı-ayrı yerlərdə intensiv yağış yağır, arabir güclənən külək əsir və şimşək çaxır. Belə hava şəraitinin sabahadək davam edəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar
Cəmiyyət31.08.2026 20:22
12 yaşlı uşaq kanalda batdı
12 yaşlı oğlanın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Samux rayonunda bir nəfər su kanalında batıb. Sfera.az xəbər verir ki, hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb. Batan şəxsin 2014-cü il təvəllüdlü M. Mudayev olduğu bildirilir. Hadisə yerinə polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir./qafqazinfo
Hadisə17.08.2026 19:10
AzTV-nin əməkdaşı Mərdəkanda dənizdə batdı
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində Məqsəd Əlisahib oğlu Məmmədli dənizdə batıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, onun meyiti ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə aşkarlanıb. Oxu.Az -ın əldə etdiyi məlumata görə, dənizdə batan 35 yaşlı Məqsəd Məmmədli Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı olub. Hadisənin təfərrüatı araşdırılır.
Hadisə12.08.2026 21:02
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur - Foto
Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. Sfera.az xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağlı heç bir məlumat əldə edə bilmirlər: “İyulun 6-sı Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin nəzarətsiz hissəsində 4 nəfərin batması ilə bağlı hadisə baş vermişdi. Hadisə barədə məlumat daxil olduqdan dərhal
Hadisə06.08.2026 16:23
Jurnalistin dənizdə batan qardaşı tələbə imiş
Xəbər verdiyimiz kimi, avqustun 4-də dənizdə batan 2004-cü il təvəllüdlü Ruslan Rafik oğlu Həmidovun meyiti tapılıb. Sfera.az bildirir ki, dənizdə batan 22 yaşlı Ruslan Həmidov Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi idi. Qeyd edək ki, avqustun 2-də Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil
Hadisə06.08.2026 13:08
Nazirlik küləklə bağlı XƏBƏRDARLIQ ETDİ - Dənizə GİRMƏYİN
Küləkli havada dənizə girmək təhlükəlidir. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciətində qeyd olunub. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, FHN əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Cəmiyyət06.08.2026 11:46
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
Bilgəhdə 21 yaşlı Niyaz Pirməmmədovun boğularaq ölümü ilə nəticələnən faciənin təfərrüatları məlum olub. Sfera.az bildirir ki, mərhumun əmisi Nafeh Pirməmmədov Niyazın ailənin tək oğlu olduğunu bildirib: "Üçüncü kursa keçmişdi. Evin tək oğlu idi, ailədə üç bacı, bir qardaş idilər". Qonşularından biri isə hadisənin hansı şəraitdə baş verdiyini açıqlayıb: "Xəbər həm bizim, həm də bütün kənd üçün çox üzücü oldu. 21 yaşlı belə savadlı gəncin bu şəkildə dənizdə batması hamımızı sarsıtdı. Dörd dost
Hadisə05.08.2026 09:30
Dənizdə nəzarətsiz ərazidə bədbəxt hadisə: 15 yaşlı oğlan batdı
Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz ərazisində bir nəfərin batdığı ehtimal olunur. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Hazırda 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun
Hadisə03.08.2026 21:37
Biləcəridəki yanğın söndürüldü
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Sfera.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Hadisə24.07.2026 21:49
Zabratda təkər tullantıları yığılmış sahədə yanğın başlayıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Sfera.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. "Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək", - məlumatda vurğulanıb.
Hadisə21.07.2026 18:45
Çayda köməksiz qalan beş nəfər XİLAS OLUNDU - VİDEO
Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında Katex çayına sel gəlməsi səbəbindən beş nəfər çayda köməksiz vəziyyətdə qalıb. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Mülki Müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan beş vətəndaş xilas edilib.
Hadisə09.07.2026 19:12
Bakının Şağan qəsəbəsində otluq ərazi yanır
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Sfera.az xəbər verir ki, mMəlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
Hadisə07.07.2026 21:19
Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfərin batması barədə məlumat daxil olub. Sfera.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə əməliyyatına başlanılıb. Operativ
Hadisə06.07.2026 20:59














