Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi

Mərdəkanda dənizdə 4 nəfər batdı: İkisi xilas edildi
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfərin batması barədə məlumat daxil olub.

Sfera.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub və axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Operativ tədbirlər nəticəsində 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.

Axtarışlar zamanı 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının tapılması istiqamətində axtarışlar davam etdirilir.

Əlavə məlumatın veriləcəyi bildirilib.

PAYLAŞ