fitch
Çində bankların sayı 23 faiz azalıb
Çində bank sektorunda genişmiqyaslı konsolidasiya prosesi gedir. Son dörd ildə ölkədə fəaliyyət göstərən bankların sayı 23 faiz azalaraq 3139-a düşüb. Sfera.az xəbər verir ki, “Fitch” reytinq agentliyinin hesabatına görə, 2025-ci ildə Çində 670-dən çox bank fəaliyyətini dayandırıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Bağlanan maliyyə qurumlarının demək olar ki, hamısı kənd yerlərində fəaliyyət göstərən kiçik banklar olub. Bankların birləşdirilməsi və fəaliyyətinin dayandırılması
Media05.10.2026 14:51

