Çimərlik
Nazirlik küləklə bağlı XƏBƏRDARLIQ ETDİ - Dənizə GİRMƏYİN
Küləkli havada dənizə girmək təhlükəlidir. Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciətində qeyd olunub. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, FHN əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.
Cəmiyyət06.08.2026 11:46
82 yaşlı aktrisanın çimərlik görüntüləri heyrətləndirdi - FOTO
Türkiyə kinosunun əfsanəvi simalarından olan Nebahat Çehre yay istirahəti üçün Bodrumun Yalıkavak bölgəsini seçib. 82 yaşlı aktrisa çimərlikdə dincələrkən kameralara tuş gəlib. Sfera.az xəbər verir ki, gün ərzində şezlonqda istirahət edən sənətçi dəniz və günəşdən zövq alıb. Qara rəngli çimərlik geyimi geyinən Nebahat Çehre sadə və zərif görünüşü ilə diqqət çəkib. Aktrisanın son görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər onun 82 yaşında da baxımlı və zərif görünüşünü
Maqazin08.07.2026 17:35
Goranboy sakini Mingəçevirdəki çimərlikdə boğulub
Goranboy sakini Mingəçevirdəki çimərlikdə boğulub. Sfera.az xəbər verir ki, hadisə Mingəçevir su anbarı ərazisindəki əsas çimərlikdə baş verib. 24 yaşlı Goranboy rayon sakini Şəhriyar Mustafayev çimərkən boğulub. Xilasedicilər onu çıxarsa da, həyatını xilas etmək mümkün olmaylb. Meyit aidiyyati üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Hadisə07.07.2026 23:19
Çimərliklərdə gözlənilən HAVA DURUMU
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Sfera.az xəbər verir ki, "Milli Hidrometeorologiya Xidməti"ndən verilən məlumata görə, iyulun 3-də mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Cəmiyyət03.07.2026 00:29




