82 yaşlı aktrisanın çimərlik görüntüləri heyrətləndirdi - FOTO

82 yaşlı aktrisanın çimərlik görüntüləri heyrətləndirdi - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyə kinosunun əfsanəvi simalarından olan Nebahat Çehre yay istirahəti üçün Bodrumun Yalıkavak bölgəsini seçib. 82 yaşlı aktrisa çimərlikdə dincələrkən kameralara tuş gəlib.

Sfera.az xəbər verir ki, gün ərzində şezlonqda istirahət edən sənətçi dəniz və günəşdən zövq alıb.

Qara rəngli çimərlik geyimi geyinən Nebahat Çehre sadə və zərif görünüşü ilə diqqət çəkib.

Aktrisanın son görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər onun 82 yaşında da baxımlı və zərif görünüşünü yüksək qiymətləndirərək çoxsaylı müsbət rəylər yazıblar.

Qeyd edək ki, Nebahat Çehre bundan 10 il əvvəl 72 yaşında olarkən də çimərlik geyimində fotoları ilə gündəmə gəlib. 1960-cı ildə cəmi 16 yaşında ikən “Türkiyə Gözəli” seçilən sənətçi ötən illər ərzində həm gözəlliyini, həm də özünəməxsus duruşunu qoruyaraq Türkiyə sənət dünyasının ən yaddaqalan simalarından biri olmağı bacarıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ