çili
Nefti saçla təmizləyirlər – Ekoloqlardan FƏRQLİ ÜSUL
Braziliyada insan saçından dənizdə neft və digər çirkləndiricilərin qarşısını alan baryerlər hazırlanır. Sfera.az xəbər verir ki, bu texnologiya artıq Çili və ABŞ kimi ölkələrdə tətbiq olunur. Braziliyanın “Fiotrar” qeyri-hökumət təşkilatının təsisçisi Mariana Robran da həmin texnologiyadan ilhamlanaraq ölkəsində layihəyə başlayıb. Layihənin ilk sınaqları Rio-de-Janeyro ştatındakı Quanabara körfəzində keçirilib. Saçdan hazırlanan xüsusi filtrlər tullantıları saxlayan üzən baryerlərə bərkidilir.
Maraqlı10.08.2026 11:25

