bıçaq
Bakıda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
Bakıda yeniyetmə oğlan bıçaqlanıb. Sfera.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır./ Oxu.az
Hadisə20.10.2026 21:32
Rusiyada tibb bacısı həmkarını öldürdü
Rusiyanın Orenburq şəhərində tibb bacısı həmkarını qətlə yetirdikdən sonra intihara cəhd edib. Sfera.az bildirir ki, məlumata görə, iki tibb bacısı binanın zirzəmisinə enib. Burada onların arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı Liliya adlı qadın bıçaq götürərək həmkarı Venera Y.-ya çoxsaylı zərbələr endirib. Hadisədən sonra Liliya yuxarı mərtəbəyə qalxaraq intihara cəhd edib. O, otaqlardan birində ağır vəziyyətdə aşkarlanıb. Yanında isə bıçaq tapılıb. Venera Y.-nın meyiti
Cəmiyyət14.10.2026 21:36
Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində "Müəllimlər binası" kimi tanınan binada qeydə alınıb. Xanbulan kənd sakini 34 yaşlı Allahşükür Ağazadə kirayə yaşadıqları mənzildə həyat yoldaşı 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Atanın anaya endirdiyi bıçaq zərbələrindən bir neçəsi ananın qucağında olan övladı 2023-cü il təvəllüdlü H.A.-ya da dəyib. Ağır xəsarət alan ana və azyaşlı
Kriminal13.10.2026 11:20
Bakıda kişi meyiti tapıldı
Bakıda kişi evində ölü halda tapılıb. Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. 68 yaşlı Ağayev Məzahim Xudayar oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Onun kəsici alətlə aldığı xəsarətlər nəticəsində qanitirmədən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır./lent.az
Kriminal18.09.2026 20:11
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
Türkiyənin Yeni Partiyanın Qaziantepdən millət vəkili olan Melih Meriç keçmiş partiyadaşı, CHP Oğuzeli rayon sədri Seydi Ahmet Keleş tərəfindən bıçaqlanıb. Sfera.az xəbər verir ki, Meriç xəstəxanaya aparılıb və vəziyyətinin ağır olduğu bildirilir. Meriçin həyatı təhlükədə olduğu qeyd olunur. Hadisə ilə bağlı araşdırma başladılıb.
Siyasət18.08.2026 23:18
Şəmkirdə 12 yaşlı qız bıçaqlanaraq öldürüldü
Şəmkirdə bıçaq xəsarəti alan qız xəstəxanada ölüb. Sfera.az xəbər verir ki, rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra yeniyetmə öz həyətyanı sahələrindən yaralanmış şəkildə tapılıb. Hazırda hadisənin baş vermə səbəbləri polis
Kriminal24.07.2026 22:07






