Rusiyada tibb bacısı həmkarını öldürdü

Rusiyada tibb bacısı həmkarını öldürdü
Kateqoriya məlum deyil
T

Rusiyanın Orenburq şəhərində tibb bacısı həmkarını qətlə yetirdikdən sonra intihara cəhd edib.

Sfera.az bildirir ki, məlumata görə, iki tibb bacısı binanın zirzəmisinə enib. Burada onların arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı Liliya adlı qadın bıçaq götürərək həmkarı Venera Y.-ya çoxsaylı zərbələr endirib.

Hadisədən sonra Liliya yuxarı mərtəbəyə qalxaraq intihara cəhd edib. O, otaqlardan birində ağır vəziyyətdə aşkarlanıb. Yanında isə bıçaq tapılıb.

Venera Y.-nın meyiti zirzəmidə çoxsaylı bıçaq xəsarətləri ilə aşkar edilib.

Sağ vəziyyətdə tapılan Liliya təcili xəstəxanaya çatdırılıb və ona qan köçürülüb. Həkimlər qadının bədənində 18 kəsik yarası müəyyən ediblər. Yaraların heç biri daxilə nüfuz etməyib və daxili orqanlar zədələnməyib.

Bir neçə saat sonra Liliya özünə gəlib.

İlkin ehtimallara görə, qətlin motivi pul məsələsi ilə bağlı ola bilər. Hadisənin dəqiq səbəbləri araşdırılır./lent

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR