beyin şişi
Beyin şişinin qeyri-adi əlaməti açıqlandı - BU VARSA...
Onkoloq, tibb elmləri namizədi, “Gemotest” laboratoriyasının eksperti Anastasiya Fatyаnova beyin şişinin qeyri-adi əlamətini açıqlayıb. Sfera.az xəbər verir ki, həkim bu barədə “ Lenta.ru”ya danışıb. Onun sözlərinə görə, beyindəki bədxassəli törəmələrin qeyri-spesifik əlamətlərindən biri əhval-ruhiyyənin kəskin dəyişməsi ola bilər. Həkim bildirib ki, şiş emosiyalara və özünənəzarətə cavabdeh beyin nahiyələrini sıxır və ya zədələyirsə, insanın davranışı nəzərəçarpacaq dərəcədə dəyişə bilər.
Sağlıq22.08.2026 16:41

