AFAD məlumat
Türkiyədə zəlzələ baş verdi
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Agentliyin açıqlamasına görə, yeraltı təkanların episentri Aralıq dənizində, Muğla vilayətinin sahilləri yaxınlığında yerləşib. Zəlzələnin ocağı 9,7 kilometr dərinlikdə qeydə alınıb. Hazırda zəlzələnin mümkün fəsadları və dağıntılarla bağlı əlavə məlumat verilməyib.
Media02.11.2026 21:30

