Sürüşmə zonalarındakı vəziyyət açıqlandı

Sürüşmə zonalarındakı vəziyyət açıqlandı
Monitorinqlərə cəlb edilmiş sürüşmə zonalarında ciddi dinamik dəyişiklik müşahidə olunmur.

Sfera.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. Onun sözlərinə görə, sadəcə bir müddət əvvəl Quba rayonunun Qırızdəhnə kəndində 50 hektara yaxın ərazidə sürüşmə olub. Proses hələ tam səngiməyib, aktiv fazadadır:

"Bakı və Abşerondakı sürüşmə ərazilərində isə vəziyyət stabildir. Badamdar sürüşmə zonasında Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən bərpa işləri davam etdirilir.

Cənub bölgəsində də lokal aktiv sahələr var. Onların əsas hissəsi yaşayış məskənlərindən kənarda olduğu üçün təhlükə doğurmur. Sadəcə, yağışların yağması ilə əlaqədar bəzən yaşayış məntəqələrinin özündə zəif çökmə prosesləri müşahidə olunur. Amma bunlar mövsümi xarakterlidir. Cənub regionunda sürüşmə prosesinə məruz qalan ərazilər çoxdur. Lakin quraqlıq zamanı proses o qədər aktiv baş vermədiyinə görə, biz onları nisbi stabil zonalar sayırıq. Ümumilikdə, ölkə ərazisində vəziyyət nisbi stabildir".

OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...