ÜST-dən çağırış: “Bu heyvanların satışı qadağan olunsun!"

ÜST-dən çağırış: “Bu heyvanların satışı qadağan olunsun!
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus və eləcə də digər xəstəliklərin yayılmasının qarşısını almaq üçün yenidən çağırış edib. 
Belə ki, təşkilat bazarlarda canlı heyvanların satışının qadağan edilməsini məqsədəuyğun hesab edir. 

Sfera.az xəbər verir ki, COVID-19-un mənşəyi ilə bağlı keçən ay yayımlanan ÜST-Çin birgə araşdırmasının nəticlərinə əsasən belə bir qənaətə gəlinib. Həmin araşdırma koronavirusun mənbəyinin həm canlı, həm də ölü heyvanların satıldığı bazarlardan qaynaqlandığını üzə çıxarıb.

"İnsanlardakı bütün yoluxucu xəstəliklərin 70 faizdən çoxunun mənşəyi heyvan, xüsusilə vəhşi heyvanlardır. Eyni zaamanda vəhşi məməlilər yeni xəstəliklərin yaranması riskini artırır”, - ÜST-ün açıqlamasında deyilir.

Qeyd edək ki, ÜST mütəxəssisləri Çinin Uhan şəhərini ziyarət etdikdən sonra qida bazarlarını mümkün epidemiya mənbəyi olaraq diqqət mərkəzində saxlayıb.

İnci
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...