SON DƏQİQƏ! Bakı metropoliteninin 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü

SON DƏQİQƏ! Bakı metropoliteninin 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin 29 əməkdaşı yeni tip koronavirus ("COVID-19”) infeksiyasına yoluxub.

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, virusa yoluxan xəstələrin 6-sı sağalaraq evə buraxılıb, 22 nəfər isə hazırda müxtəlif tibb müəssisələrində müalicəsini davam etdirir: "COVİD-19 virusuna yoluxan 1 əməkdaşımız isə dünyasını dünyasını dəyişib. Həmin şəxslər müxtəlif vaxtlarda yoluxublar. Xəstələrin vəziyyəti ilə "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi müntəzəm maraqlanır. Ümumiyyətlə, bu məsələlərdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.

Ötən müddət ərzində bu və digər səbəbdən "COVID-19” şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə testin nəticəsi mənfi olub.

Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni” QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.

B.Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:

"Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. "COVID-19” simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.

İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”. (trend)

OXŞAR XƏBƏRLƏR

Aygün Kazımova karantinə alındı - VİDEO

  Xalq artisti Aygün Kazımovanın köməkçisi və ailə üzvləri koronavirusa yoluxub. Sfera.az  xəbər  verir  ki, bundan  sonra ...

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən tutuldu

  Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş ...

SON DƏQİQƏ! Polis rəisi və ailə üzvləri KORONAVİRUSA YOLUXDU

  Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcədə də atası və qardaşı koronavirusa yoluxub. Sfera.az pravda....

SON DƏQİQƏ! Azərbaycan-İran sərhədində atışma olub, ölən var

 Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir. DSX-nin Mətbuat Mərkəzindən ...

SON DƏQİQƏ! AzTV-nin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı - AÇIQLAMA

  Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub. Sf...

“Lider TV” fəaliyyətini dayandırdı - Müflis elan olundu - SON DƏQİQƏ!

  Bakı Kommersiya Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin "L...