SON DƏQİQƏ! Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini İTİRDİ

SON DƏQİQƏ! Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini İTİRDİ
 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətin rəhbərliyində kadr təyinatları aparılıb.


Orxan Nəzərli, Samirə Musayeva və İlkin Vəliyev Dövlət Vergi Xidmətinin rəis müavinləri vəzifəsinə təyin edilib. Orxan Nəzərli həm də Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Ölkə başçısının sözügedən fərmanı nəticəsində indiyədək vergilər nazirinin 1-ci müavini postunu tutan Sahir Məmmədxanov vəzifəsini itirib. Belə ki, o, Dövlət Vergi Xidmətinin rəhbərliyində yer almayıb.

Xatırladaq ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov 1993-cü ildən Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

 

 

1999-cu ildən "İri vergi ödəyiciləri ilə iş üzrə" Baş İdarə rəisinin müavini, daha sonra 2001-ci ilədək Baş İdarənin rəisi vəzifəsində çalışıb.

2001-2009 – cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsini tutub.
Ölkə başçısının 4 mart, 2009-cu il tarixli sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə, 29 mart, 2016-cı il tarixli sərəncamla isə Vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. (hit.az)


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...