Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşdü - FOTO
Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. Nazirlər Kabinetindən Sfera.az -a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında parlamentlərin mühüm rolu