Əli Əsədov Tbilisidə Ümummilli Liderin abidəsini ziyarət etdi - FOTO
Kateqoriya məlum deyil
Dekabrın 15-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib.
Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir və Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvləri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.












