Xəyanətin miqyası artır: Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on bir gündür davam edir. 11 gündür Azərbaycanın vətənpərvər oğul və qızları havanın soyuq və şaxtalı olmasına baxmayaraq, dövlət himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər. Ekofəalların aksiyası uzandıqca ermənilər də boş durmur,