Logo

Ələkrəm Hümmətov ÖLDÜ

Ələkrəm Hümmətov ÖLDÜ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Hollandiyada yaşayan Ələkrəm Hümmətov dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, o, Hollandiyada xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR