"Türkiyədə bərpa işlərinə də qoşulmağa hazırıq" - İlham Əliyev
"Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir". Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib. Dövlət başçısının sözlərinə görə, hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır: "Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və