Logo

Türkiyədə zəlzələdə ölənlərin sayı 8574 nəfərə çatdı - YENİLƏNDİ

Türkiyədə zəlzələdə ölənlərin sayı 8574 nəfərə çatdı - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə zəlzələdə həlak olanların sayı 8574 nəfərdir.

Sfera.az xəbər verir ki, bu barədə Kahramanmaraşa səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, zəlzələ nəticəsində 49 133 nəfər xəsarət alıb, 6 444 bina dağılıb.

***

12:41

Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 40 910 nəfərdir.

***

12:06

Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.

***

10:41

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 37 011 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR