Böhtana qarşı ondan da güclü olan silahın adı həqiqətdir
44 günlük Vətən müharibəsindən ötən iki ildən artıq dövr ərzində görürük ki, Ermənistan işğal illərində olduğu kimi, yenə də imitasiya ilə, yəni, baş aldatmaqla məşğuldur. Sözdə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etsə də, əslində, riyakarlıq edir, hər fürsətdə ölkəmizin Xankəndi üzərində suverenliyini şübhə altına alan təhlükəli bəyanatlar səsləndirir, bununla kifayətlənməyərək, hərbi təxribatlara əl atır. Ermənistan hakimiyyəti münaqişənin bitmədiyi görüntüsünü yaratmaq, tarixi