"Bu, Putinin münaqişə zonasını genişləndirmək istəyidir" - Ukrayna rəsmisindən BƏYANAT

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Qara dəniz üzərində aşkar edilən Amerika pilotsuz təyyarəsi ilə bağlı insidentə münasibət bildirib.

 

Sfera.az-ın məlumatına görə, Danilov bu barədə sosial media hesabından fikirlərini bölüşüb.

 

O, sözügedən hadisənin Rusiya tərəfindən verilən mesaj olduğunu vurğulayıb. 

 

“Pilotsuz təyyarə insidenti Putinin münaqişə zonasını digər tərəflərin iştirakı ilə genişləndirməyə hazır olduğuna dair siqnaldır”, - qurum rəsmisi əlavə edib.

 

Xatırladaq ki, ABŞ ordusuna məxsus MQ-9 müşahidə pilotsuz təyyarəsi çərşənbə axşamı Rusiya qırıcıları tərəfindən tutulduqdan sonra Qara dənizə düşüb. Pentaqon Rusiyanın iki “Su-27” qırıcısının Qara dənizdə ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatının qarşısını kəsməyə çalışdığını, təyyarələrdən birinin qəzaya uğraması zamanı isə MQ-9-un beynəlxalq sulara düşdüyünü açıqlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR