Azərbaycanlı deputatlar seçkilərə görə Türkiyəyə getdi
Milli Məclisin bir qrup deputatı Türkiyədə prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci mərhələsinə hazırlıqla tanış olmaq üçün bu ölkəyə səfər ediblər. Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, deputatlar Hikmət Məmmədov, Fatma Yıldırım, Mahir Abbaszadə, Elman Nəsirov, Sahib Alıyev İzmir şəhərində, Tahir Rzayev, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova Antalya şəhərində, Musa Quliyev, Elşad Mirbəşiroğlu,