Bu dövlət qurumunda yoxlamalar BAŞLADI
Kateqoriya məlum deyil
Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı “Report”a Dövlət Xidmətindən təsdiqləyiblər.
Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.






