Bayramov Koreya XİN başçısının nümayəndəsi ilə görüşdü
Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib. Bu barədə Sfera.az- a Xarici İşlər Nazirliyindən məlumat verilib. C.Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm və bir