Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan seminar keçirildi - FOTOLAR
Kateqoriya məlum deyil
Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar təşkil edilib.
Sfera.az bildirir ki, bu barədə deputat, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev məlumat paylaşıb.
Onun sözlərinə görə, Bakı İdman Sarayında keçirilən seminarda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyi və 500-ə yaxın məşqçi və idmançı iştirak edib.
















































