Şöbə müdiri vəfat etdi - FOTO
Tanınmış geomorfoloq alim, Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Qeyd edək ki, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu "Sənaye və mülki tikinti" ixtisası üzrə bitirdikdən sonra Azərbaycan