Bu gün Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması müzakirə ediləcək

Bu gün Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması müzakirə ediləcək

“Avropa İttifaqının xarici işlər nazirləri bu gün Brüsseldə keçiriləcək görüşdə Azərbaycan-Ermənistan münasibtələrinin nizamlanması mövzusunu müzakirə edəcəklər”.

 

Sfera.az xəbər verir ki, bu barədə “RİA Novosti” yüksək rütbəli Avropa mənbəsinə istinadən məlumat yayıb.

 

Ukraynadakı münaqişə, təhlükəsizlik zəmanətləri və Kiyevə hərbi yardım, həmçinin Aİ-nin Türkiyə və Çinlə münasibətləri Aİ xarici işlər nazirlərinin Brüsseldə baş tutacaq görüşünün əsas mövzuları olacaq.

 

“Xarici İşlər Nazirləri Şurasının sessiyası BMT-nin insan hüquqları üzrə nümayəndəsinin iştirakı ilə işçi səhər yeməyi ilə başlayacaq. Daha sonra Xarici İşlər Nazirləri Şurasının üç mövzuya həsr olunacaq əsas sessiyası başlayacaq: Ukraynadakı münaqişə, iqtisadi təhlükəsizliyin xarici siyasi aspekti və Türkiyə ilə münasibətlər”, - mənbə bildirib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR