“Yeni körpülər İrandan keçməklə Naxçıvanla bağlantı yaradacaq” - Şahin Mustafayev
"Azərbaycan-İran əlaqələri çoxsaxəlidir. Bu, iqtisadi, ticari, logistik və enerji sahələrini əhatə edir". Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib. İranın yol və şəhərsalma naziri, Komissiyanın həmsədri Mehrdad Bəzrpaşın ölkəmizə səfəri zamanı