“Buna Bakı qərar verəcək...” - Qarabağdakı Rusiya sülhməramlılarının taleyi necə olacaq?

“Buna Bakı qərar verəcək...” - Qarabağdakı Rusiya sülhməramlılarının taleyi necə olacaq?

Ötən gün Rusiya prezidenti Vladimir Putin Qarabağdakı sülhməramlılarla bağlı danışıb.

 

“Rusiya sülhməramlılarının hüquqi statusu yalnız 2020-ci il bəyanatına əsaslanırdı, onların missiyası yalnız atəşkəs rejiminin qorunmasından ibarət idi”, deyə o, söyləyib.

 

Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların statusu ilə bağlı əlavə razılaşma imzalamağa ehtiyac görməyib və buna ehtiyac da yox idi.

 

Maraqlıdır, sülhməramlılar Qarabağdan nə vaxt çıxacaq?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən siyasi şərhçi Asif Nərimanlı deyib ki, sülhməramlıların bölgədə 2025-ci ilə qədər qalması məsələsi qüvvədən düşüb və hərbi kontingentin çıxarılması, yaxud bölgədə hansı müddətə qalması Bakı-Moskva razılaşması əsasında həll ediləcək:

 

“Burada iki məsələ həlledici amil diqqət çəkir. Birincisi, sülhməramlıların yeni statusudur. Söhbət sülhməramlılara hüquqi mandatın verilməsindən gedir və 44 günlük müharibədən sonra Rusiya Azərbaycan ərazisinə yerləşdirdiyi sülhməramlıların mandatının tanınmasını çox istəsə də, Bakı bundan imtina edib. Anriterror tədbirlərindən sonra sülhməramlıları 10 noyabr bəyanatına əsaslanan statusu sıradan çıxdığı üçün yeni statusu da Bakı müəyyən edəcək. Bakı sülhməramlıların Qarabağda ciddi nəzarət imkanları olan vaxt buna razılıq verməyibsə, indi bütün bölgədə mərkəzi hakimiyyətin bərpa edildiyi və artıq ehtiyacın olmadığı halda razılaşarmı? Proseslərin analizi Bakının bunu etməyəcəyini, sülhməramlıların qalma müddətini uzatmayacağını deməyə əsas verir”.

 

Ekspert bildirib ki, ikinci əsas amil sülhməramlılara ehtiyacın olub-olmamasıdır:

 

“Qarabağda çox az sayda erməni əhalisinin qaldığı bəllidir və onlar yalnız Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazimizdə yaşaya biləcəklər. Rəsmi Bakı Ermənistana getmiş ermənilərin məhz Qarabağ sakini olmuş şəxslərin geri qayıdışına şərait yaradacağını da açıqlayıb. Gedənlərin böyük əksəriyyətinin qayıdacağı inandırıcı deyil. Həmçinin, qayıdanlar Laçın postundan keçdikdən sonra Azərbaycan vətəndaşlığını qəbul etməlidir və bu, onların birbaşa reinteqrasiyanı qəbul etməsi deməkdir. Bu iki amil Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli fəaliyyətinə ehtiyacın qalmadığını deməyə əsas verir. Sülhməramlıların əsas missiyası atəşkəsin qorunması idi, artıq ərazimizdəki separatçıların və terrorçuların təmizlənməsi atəşkəsin pozulması səbəbinin də aradan qalxması deməkdir. Beləliklə, Rusiya qüvvələrinə ehtiyac da yoxdur”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlandı

Azərbaycan Futzal Federasiyasının feysbuk hesabı oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. &nbs...

Alimlər vaxtından əvvəl doğulmuş insanların sağlamlığı ilə bağlı mifi dağıdıblar

Liggins İnstitutunun alimləri müəyyən ediblər ki, vaxtından əvvəl doğulmuş yetkinlərin şəkərli diabet, ciddi ürək xəstəliyi və dislipidemiyadan əziyyət çəkmə eh...

Donmuş gölün ortasında hələ də sirri açılmayan qala tapıldı - FOTO

Polşada donmuş gölün üzərində sirli Stobnica qalası ucalır. Onun tikintisi və sahiblik tarixi sirrlərlə doludur. Süni adada yerləşən əzəmətli bina ilk olaraq ha...

Panama kanalının Trampa nə üçün lazım olduğu məlum oldu

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panama kanalını geri qaytarmaqla hədələyir, çünki o, ilk növbədə Amerika iqtisadiyyatını gücləndirməyə çalışır və ...

Mehriban Əliyeva İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.   Sfera.az payla...

Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, dövlət başçısını...