Kamaləddin Qafarov: “Bu il Xankəndinin, Xocalının Novruz nisgilinə son qoyuldu”
“Bu il Azərbaycan xalqı Novruzu dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində böyük coşqu ilə qarşılayır”. Sfera.az xəbər verir ki, bu sözləri Novruz bayramı münasibətilə mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, Sovet dönəmində qeyd olunmasına ciddi qadağalar qoyulmuş Novruzun uzun illərdən sonra