Sabah Türkiyə xalqı bələdiyyə sədrlərini seçəcək - AKP-CHP duelində kimin üzü güləcək?
Sabah Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Sfera.az xəbər verir ki, 34 siyasi partiyanın yarışacağı seçkidə 81 ilin (əyalət), 973 ilçənin (rayon), 390 beldenin (mahal) bələdiyyə başçıları, 50 min 336 muxtar, il məclis üzvləri və bələdiyyə məclisi üzvləri seçiləcək. Türkiyədə ən çox diqqət böyük şəhər bələdiyyə sədrlərinin seçilməsinə yönəlib. Böyükşəhər bələdiyyələrinin sayı 30-dur və bunlar arasında 3 bələdiyyə daha böyük önəm kəsb edir. Bunlar İstanbul, Ankara və İzmir