Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammitində iştirak edir
Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən dünyanın media və məzmun sənayesinin ən böyük “Bridge” sammitində iştirak edir. Sammit çərçivəsində media, rəqəmsal məzmun istehsalı, müəllif hüquqları, süni intellektlə yaradılmış materiallar, generativ alətlər, qarışıq reallıq, məlumatların gələcəyi, marketinq, orijinal striminq məzmunu, çoxplatformalı hekayə yaradıcılığı sahələrini əhatə edən istiqamətlər üzrə tədbirlər, həmçinin sərgilər təşkil olunacaq.