Prezident "Hilton Garden Inn Agdam" hotelinin açılışını etdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində "Hilton Garden Inn Agdam" hotelinin açılışında iştirak edib. Sfera.az xəbər verir ki, dövlət başçısına burada yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektardan çox olan mehmanxana 2, 6 və 7 mərtəbəli olmaqla, 3 blokdan ibarətdir. 287 yerlik hotel binasında müxtəlif siniflərə aid ümumilikdə 127 otaq var. Burada, həmçinin restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz,