Sülhü qorumaq üçün də güclü olmalıyıq
Prezident İlham Əliyev əsasını qoyduğu ənənəyə uyğun olaraq, Yeni İlin əvvəlində, yanvarın 5-də yerli televiziya kanallarına geniş müsahibə verdi. Müsahibə həm açıq mətnlə ifadə olunan, həm də sətiraltı mesajlarla kifayət qədər zəngindir. Bu ismarıclardan bir daha aydın oldu ki, beynəlxalq hüququn nəzərə alınmadığı, bəzən isə məqsədli şəkildə tapdalandığı müasir dövr böyüklü-kiçikli bütün aktorlardan ayıq-sayıqlıqla yanaşı, güclü olmağı tələb edir. Əks təqdirdə, istənilən dövlətin milli