Bu ərazilər də xüsusi mühafizə olunacaq - Prezident qanunu təsdiqlədi
Prezident İlham Əliyev "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Sfera.az xəbər verir ki, qanuna edilən dəyişikliyə görə, geoloji parklar da xüsusi mühafizə olunan ərazilər siyahısına daxil edilib. Həmçinin, qanuna geoloji parklarla bağlı yeni fəsl əlavə edilib. Geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər