YAP-dan Əli İnsanovun ƏYAP təşəbbüsünə reaksiya: “Məqsəd partiyanı parçalamaqdır”

YAP-dan Əli İnsanovun ƏYAP təşəbbüsünə reaksiya: “Məqsəd partiyanı parçalamaqdır”
"İnsanov təklənib və onun öz daxilində qurduğu siyasi illüziyalar tamamilə dağılıb”.


Bu fikirləri  açıqlamasında həbsdən yeni çıxmış keçmiş səhiyyə naziri Əli İnsanovun Ən Yeni Azərbaycan Partiyası (ƏYAP) yaratmaq təşəbbüsünə münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.

Aydın Mirzəzadənin sözlərinə görə, İnsanovun həbsdən çıxdıqdan sonra atdığı addımlar onun özünün əleyhinə işləyir:

"Bu, çox səhv bir təşəbbüsdür. Birincisi, Yeni Azərbaycan Partiyası var. Əli İnsanov vaxtilə korrupsiyada ittiham olunduğuna və partiyanın siyasi xəttinə zidd fəaliyyət göstərdiyinə görə təşkilatın sıralarından çıxarılıb.

O, YAP-da olarkən, partiya sıralarında təfriqə salmağa və Heydər Əliyev xəttinə zidd xəttin dəstəklənməsinə nail olmağa çalışırdı. Bunların hamısının qarşısı alındı.

İnsanov bu gün müəyyən qrup insanları öz ətrafına toplamağa, Azərbaycanı regionlara parçalamağa, özünün siyasi ambisiyalarını cəmiyyətə qəbul etdirməyə cəhd göstərir.

Amma onun həbsdən çıxmasından sonra vəziyyət göstərir ki, İnsanovu heç kəs dəstəkləmədi. Heç bir ictimai qurum və hər hansı tanınmış ziyalı İnsanovun yanında deyil. İnsanov təklənib və onun öz daxilində qurduğu siyasi illüziyalar tamamilə dağılıb. Onun baxışları Azərbaycanın inkişafının əleyhinə yönəlib.

Düzdür, o, qanunazidd olmayan baxışları təbliğ edə bilər. Ancaq bununla belə, cəmiyyət İnsanovu dəstəkləmir. Onun müxalifətdən ayrı-ayrı şəxsləri qoparmaqla özünə qrup yaratmaq cəhdi müxalifətdə də böyük narazılığa səbəb olub.

İnsanov YAP sıralarında olarkən apardığı fəaliyyət də ifşa olundu, siyasi məğlubiyyətə uğradı və həbsdən çıxdıqdan sonra atdığı addımlar, verdiyi bəyanatlar ilk növbədə onun özünün əleyhinə işlədi, növbəti siyasi məğlubiyyətə uğramasına səbəb oldu.

Onun yaratmaq istədiyi təşkilata o adı seçməsində məqsədi şübhəsiz ki, YAP-ı parçalamaq və partiya sıralarındakı müəyyən qüvvələri öz tərəfinə çəkməkdir. Ancaq Yeni Azərbaycan Partiyasının heç bir üzvü Əli İnsanovun arxasınca getməyəcək. Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin adı ilə yaranıb, Əli İnsanov isə ona qarşı çıxıb”.yenicag

OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...