“Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum” - İlham Əliyev
"Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum". Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində bildirib. Dövlətimizin başçısı deyib: "Bu gün Azərbaycanın