Logo

Türkiyə XİN-dən yunanıstanlı nazirin Ermənistanda səsləndirdiyi iddialara REAKSİYA

Türkiyə XİN-dən yunanıstanlı nazirin Ermənistanda səsləndirdiyi iddialara REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın  Ermənistan səfəri zamanı Türkiyə haqqında səsləndirdiyi iddialar qonşuluq, dialoq və əməkdaşlıq prinsiplərinə ziddir, gərginlik və münaqişə yaratmanın yeni bir sübutudur”.

Sfera.az-ın xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy belə bildirib.

H.Aksoy deyib ki, N.Dendiasın ifadələri  tarixi həqiqətləri ört-basdır edə bilməyəcək: " Yunanıstan Anadoluda törətdiyi  vəhşiliklərin müqabilində təzminat ödəməyə məhkum olduğunu unutmamalı, tarixi düzgün oxumalı  və türklərə qarşı düşmənçilikdən vaz keçməlidir.

Bölgəmizdəki bütün problemlərin həllində ortaq məxrəcə gələn Türkiyə, problemləri yaradan və ya yaradanlara dəstək verən isə Yunanıstandır”.

Diplomat bildirib ki, Suriyada zalım Əsəd rejimini, Liviyadakı təxribatçı Haftarı, Qarabağdakı işğalçı Ermənistanı dəstəkləyən, Türkiyəyə qarşı PKK, PYD, FETÖ daxil bütün terror təşkilatlarına qapılarını açan, Egey dənizini qaçqınların məzarlığına çevirən, Egey və  Aralıq dənizində ekspansionist siyasəti belə dəstəkləyən Yunanıstandır.

H.Aksoy Yunanıstan Xarici İşlər Nazirinə Dağlıq Qarabağ və ətrafdakı yeddi bölgədə kimin işğalçı və kimin qurban olduğunu ayırd etməyin vacibliyini tövsiyə edib:

"Ermənistanın Azərbaycan torpaqlarından dərhal, tamamilə  və qeyd-şərtsiz geri çəkilməsinə dair  BMT Təhlükəsizlik Şurasının  qərarlarına baxmayaraq, 28 ildir qanunsuz işğalçılıq etməsini Yunanıstanın qınaması lazımdır.

Yunanıstan bu cür siyasətdən ayrılmalı, Türkiyəni, regionu  və dünya  həqiqətləri yaxşı görməlidir”.

Qeyd edək ki, N.Dendias Ermənistana gedib, qondarma "erməni soyqırımı” abidəsini ziyarət edib, Türkiyənin guya Qarabağ probleminə müdaxilə etdiyini bildirib və bundan Yunanıstanın "narahat” olduğunu iddia edib. O, Yunanıstanla Ermənistanın Türkiyə ilə ortaq probleminin olduğunu, Türkiyənin Avropa İttifaqının çağırışlarına məhəl qoymadığı kimi yalan ifadələrə yer verib. /APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR