Azərbaycanın haqlı mübarizəsində sonadək yanındayıq - Hulusi Akar
Şanlı türk ordusu yeddi iqlim, üç qitəyə sülh, əmin-amanlıq və ədalət aparan əcdadlarımızdan nümunə alaraq dost, qardaş ölkələrin rifahı və təhlükəsizliyi üçün mübarizə aparır. Sfera.az-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini anma günü ilə əlaqədar açıqlamasında deyib. O bildirib ki, Türkiyə BMT, NATO, ATƏT, eləcə də ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir