Heç bir təzyiq məni bu yoldan döndərə bilmədi - Prezident

Heç bir təzyiq məni bu yoldan döndərə bilmədi - Prezident
İqtisadi müstəqillik siyasi müstəqilliyimizi gücləndirdi, daha da cəsarətli siyasət aparıldı, müstəqil siyasət aparıldı.

Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yeni il müraciətində söyləyib.

"O siyasət ki, yalnız və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edir. Bu gün dünyada, dünya xəritəsində, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan onlardan biridir və Vətən müharibəsi bir daha onu göstərdi. Bütün çağırışlara, bütün təzyiqlərə rəğmən, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etmişik və ondan sonra Qələbəmizi siyasi yollarla daha da möhkəmləndirmişik.

Güc toplamaq üçün əlbəttə ki, düzgün siyasət aparılmalıdır. Son 17 il ərzində mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək!”, - deyə dövlət başçısı bildirib.

OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...