Prezident: "Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcək" - VİDEO
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Sfera.az xəbər verir ki, onlar Şuşada ermənilər tərəfindən dağıdılmış Bülbülün ev muzeyinə də baş çəkiblər. Bülbülün dağıdılmış büstünü göstərən Prezident İlham Əliyev deyib: "Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar.