Səfər Mehdiyev ÜGT rəhbəri ilə görüşdü
Bu barədə Sfera.az-a Komitədən bildirilib.
Məlumata görə, Komitə sədrinin ÜGT-nin Avropa regionu üzrə sədr müavini kimi iştirak etdiyi görüş təşkilatın gələcək fəaliyyətinə həsr olunan və cari ilin 15-16 fevral tarixlərində keçiriləcək virtual regional seminarın təşkilati məsələlərinə həsr olunub. Seminar ÜGT strategiyasının müəyyənləşdirilməsində strateji proqnozlaşdırma metodologiyasının istifadəsi mövzusunda keçiriləcək.
Tərəflər təşkilati məsələlərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər. O da bildirilib ki, ÜGT-nin bütün regionları üzrə keçiriləcək bu seminarlar əməkdaşlığın daha da gücləndirilməsinə, hədəflərin müəyyən edilməsi və əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi üçün münbit şərait yaradacaq, gömrük orqanlarının strateji inkişafında önəmli rol oynayacaq.






