Yeni fərmanla nazirliyin səlahiyyətləri artırıldı - FƏRMAN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb. Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün fərman imzalayıb. Fərmana əsasən, Dövlət Sığorta Kommersiya Şirkətinin bir sıra səlahiyyətləri adıçəkilən nazirliyə həvalə edilib. Belə ki, bundan sonra Milli Məclisinin deputatlarının, hakimlərin, Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi