Bakının Tbilisi ilə əməkdaşlıq edəcəyi sahələr açıqlandı
Tbilisinin Bakı ilə 24 illik tərəfdaşlığından sonra şəhərlər arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sfera.az xəbər verir ki, bu barədə Tbilisi meriyasının yaydığı məlumatda bildirilib. Məlumata əsasən, memorandumda mədəniyyət, incəsənət, turizm, şəhər idarəçiliyi, ətraf mühit, nəqliyyat, informasiya texnologiyaları, enerji effektivliyi, tullantıların idarə olunması, idman və gənclərlə iş sahələrində əməkdaşlıq, həmçinin müxtəlif sahələrdə ticari və işgüzar münasibətlərin