Niderland parlamentinin Azərbaycana cavab verməməsinin səbəbi nədir? - SƏFİR AÇIQLADI

Niderland parlamentinin Azərbaycana cavab verməməsinin səbəbi nədir? - SƏFİR AÇIQLADI
Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səməd Seyidov xanım səfirin bu günlərdə diplomatik korpusun nümayəndələri ilə Füzuli və Şuşaya səfərini yüksək qiymətləndirib. Cari ilin iyunun 18-də Milli Məclisdə Niderland parlamenti tərəfindən Azərbaycana qarşı qərəzli və birtərəfli qaydada qəbul edilən qətnamələrin kontekstində Azərbaycan-Niderland ikitərəfli münasibətlərinin müzakirə olunması barədə məlumat verib.
Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev isə diqqətə çatdırıb ki, Niderland parlamenti Milli Məclisin bu məsələ ilə bağlı müraciətlərinə, dialoq təkliflərinə heç bir reaksiya verməyib və hər hansı bir fikir mübadiləsindən yayınıb.

Pauline Eizema Niderland parlamentinin Milli Məclisin məktub və müraciətlərinə cavab verməməsini və birtərəfli qərarların qəbulunu Niderland cəmiyyətinin erməni diasporunun məlumat selinə məruz qalması ilə əlaqələndirib. O, səfir kimi bölgədə gedən prosesləri hökumətinə olduğu kimi çatdırdığını, bu məsələlərdə parlamentdən fərqli olaraq Niderland hökumətinin balanslaşdırılmış yanaşma sərgilədiyini qeyd edib.

Sonra görüşdə Azərbaycanla Niderland arasında parlamentlərarası əməkdaşlığın gələcəyi və digər məsələlər müzakirə edilib. // APA




OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...