Pərvin Kərimzadə: 20 Yanvar faciəsi müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının şərəfli səhifəsidir
"Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılan 20 Yanvar, eyni zamanda, milli azadlıq hərəkatının zirvəsidir, Vətənimizin azadlığı və müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsinin yazıldığı gündür. Bəşər tarixində insanlığa qarşı törədilən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsini hüzn günü kimi qeyd etsək də, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Qanlı Yanvar Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa