Logo

Ermənistandan daxil olan 91 faiz avtomobilin yoxlanmasının səbəbi... – Şərh

Ermənistandan daxil olan 91 faiz avtomobilin yoxlanmasının səbəbi... – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Dünən Laçın dəhlizi ilə bağlı cənab Prezidentin dediklərinə cavab olaraq Zaxarovanın şərhi ilə tanış olduq. Belə çıxır ki, doğrudan da oradakı bəzi dairələr hələ də sülhməramlıların hansı səlahiyyətlərə malik olmaları haqqında biliklərə malik deyil”.

Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, sülhməramlılar beynəlxalq standartlara görə həmişə təhlükəsizliyə cavabdeh olmalıdırlar:

"Onların fəaliyyət göstərdikləri ərazi isə Azərbaycan ərazisidir. Adıçəkilən qruplar gömrük - keçid və sərhəd - keçid məntəqəsinin funksiyalarını həyata keçirə bilməzlər. Sülhməramlılar Ermənistandan Qarabağa yerli ermənilərin gəliş - gedişini təmin edir və ancaq buna görə məntəqədə yoxlama - keçid məntəqəsi qurublar. Xarici vətəndaşların Azərbaycandan icazəsiz bölgəni ziyarət etmələri təxribat və beynəlxalq hüququn pozulmasıdır.

Laçın dəhlizinə Ermənistandan daxil olan 91 faiz avtomobilin yoxlanılmaması, Limonovların və Pekreslərin maneəsiz Xankəndinə ayaq basmaları ciddi iraddır”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR