Putinə MESAJ VAR: “Sürpriz siyasi proseslər ola bilər”
"Putinin avantürist Ukrayna siyasətinə dair yeni mesaj var. Bu dəfəki mesaj ABŞ, NATO və ya Qərbdən, hətta heç Ukraynadan da deyil, Rusiyanın öz daxilindən - "Ümumrusiya Zabitlər Məclisindən" gəldi. Özü də elə döyüşçüsayağı sərt şəkildə və ağır ittihamlarla dolu”. Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O xatırladıb ki, artıq bir neçə gündür, Rusiya və rusdilli xarici media ilə yanaşı, bəzi Qərb hərbi-analitik çevrələri də